Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Mingəçevirdə hamı bu cinayətdən danışır

Mingəçevir şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Kür çayının sahilində törədilib.

1978-ci il təvəllüdlü Asif Qasımov bacısı Ruhiyyə Qasımovanı əlləri ilə boğub. O, basının öldüyünə əmin olandan sonra onun meyitini Kür çayına atıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Cinayəti törədən Asif Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinə gələrək könüllü təslim olub.
İstintaqa ifadə verən Asif Qasımov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, Yevlax rayonunun Havarlı kəndində yaşayır.

Asif Qasımovun sözlərinə görə, özündən bir yaş böyük bacısı olan Ruhiyyə Qasımova bir müddət əvvəl Mingəçevir şəhərinə gəlin köçüb. O, deyib ki, bacısı əri ilə yola getməyib. Asif qeyd edib ki, bacısının ailəsində tez-tez mübahisələr olub. O, ifadəsində ona da əlavə edib ki, bacısının başqa bir kişi ilə münasibət saxlaması barəsdə ona məlumat verilib: Bacımı izlədim və deyilənlərin həqiqət olduğunu bildim. Bu səbəbdən də onu öldürmək qərarına gəldim. Bu məqsədlə bacımı Kür çayının sahilinə gətirdim və orada əvvəlcə əməllərinə son qoymasını tələb etdim. Amma bacım öz həyatını yaşayacağını dedi. Onun bu sözləri məni əsəbləşdirdi. Əvvəlcə bacımı əllərimlə boğdum. Sonra onu Kür çayına atdım. Bacımı Kür çayına atanda hələ ölməmişdi. O, çaplayaraq xilas olmaq istədi, amma buna imkan vermədim. Bacım çayda boğularaq öldüyünə əmin olndan sonra polis şöbəsinə gəldim”./teleqraf/
879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11