Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

İspaniyada İŞİD-ə qoşulmaq istəyən qızlar həbs edilib

İspanyanın Daxili işlər Nazirliyi İŞİD-in bu ölkədən Suriya və İraqa qadın göndərən amillərin həbsə alınmasından xəbər verir.
Nur-az.com-un Abna.ir -a istinadlı verdiyi xəbərə görə, İspanya polisi İŞİD terrorçu qruplaşmasına qadınların qoşulmasında təqsirli bilinən yeddi nəfəri həbsə alıb.
İspanya Daxili işlər Nazirliyinin verdiyi məlumata görə, polisin Barselona, Ceuta və Melilla şəhərlərində apardığı əməliyyatlar nəticəsində dörd qadın və üç kişi saxlanılıb.
Nazirliyin bəyanatında Mərakeş rəsmilərinin də bu əməliyyatda əməkdaşlığı və İŞİD amillərindən birinin həbs olunduğu bildirilir.
Bu insanlar qadınları tapıb, sonra isə onları İraq və Suriyaya göndərmək üçün bir şəbəkənin yaranmasında təqsirli bilinirlər.
Fransa polisi də Suriyaya mübarizə üçün silahlı qüvvələr göndərən bir şəbəkəni həbs edib. Polisin verdiyi məlumata görə, bu şəbəkə Fransanın Tuluza şəhərində fəaliyyət göstərirdi.
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56