Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

ABŞ-da 6 il ərzində 800 uşağ ölüb

ABŞ-da valideyn zorakılığı və səhlənkarlığı səbəbindən 6 il ərzində 786 uşaq ölüb. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press”-in apardığı araşdırma nəticəsində məlum olub.

Qeyd edək ki, ötən gün “Assoşieyted Press”-in saytında jurnalistlərin ABŞ-da uşaqlara qarşı valideyn zorakılığı və səhlənkarlığı barədə məruzə dərc olunub. Jurnalistlər 8 ay ərzində 2008-ci ildən bu vaxtadək açıq mənbələrdə dərc olunmuş müvafiq məlumatları araşdırıblar, sosial xidmətlərə, məhkəmələrə, Səhiyyə və Sosial Təminat Departamentinə, FTB və 50 ştatın hakimiyyət qurumlarına sorğular göndəriblər.

Agentliyin məlumatına görə, ölənlərin əksəriyyətini 4 yaşadək uşaqlar təşkil edib.
1008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat