Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

13 yaşlı “canlı bomba” yaxalandı (FOTO)

Əfqanıstanın Kəşiyyat İdarəsi (NDS) paytaxt Kabildə 13 yaşlı bir sui-qəsdçinin yaxalanması barədə xəbər yayıb.

Əfqanıstanın paytaxtı Kabilin Hoşal Xan bölgəsində Bilal adlı 13 yaşlı oğlan onu təlimatlandıran şəxslə birlikdə xüsusi təyyinatlı qrup tərəfindən zərərsizləşdirilib. Onların paytaxt Kabilin insanların sıx olduğu yerlərindən birində bombalı sui-qəsd planı hazırladıqları öyrənilib.

13 yaşlı “canlı bomba” ilk dindirilmədə günahını etiraf edib.

NDS yaydığı açıqlamada bildirib ki, Bilal adlı həmin oğlan 45 gün boyunca Əfqanıstandan xaricdə sui-qəsdlə bağlı təlimlər keçib.

Qeyd edək ki, kəşfiyyat idarəsi onun kimlər tərəfindən idarə edildiyi, harada təlim aldığı və məqsədinin nə olduğu barədə ətraflı məlumat verməyib.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25