Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

İran Azərbaycanla sərhədində aeroport inşa ediləcək

"İranın Azərbaycanla sərhədində olan Araz azad ticarət-sənaye zonasında böyük bir hava limanı inşa edəcək".

Bu barədə Araz azad ticarət-sənaye zonası təkilatının baş direktoru Möhsün Xadim Ərəbbaği deyib. O bildirib ki, yeni hava limanı iki il ərzində inşa ediləcək.

Ərəbbaği qeyd edib ki, yeni hava limanı İran və Azərbaycan arasındakı əməkdaşlığın bir göstəricisi olacaq: "Azad ticarət-sənaye zonasındakı fəaliyyətə əhəmiyyətli qatqı edəcək".

Yeni havalimanı 300 hektarlıq bir ərazidə inşa ediləcək və iri tutumlu təyyarələr bura rahatlıqla eniş edə biləcək.

Qeyd edək ki, İran və Azərbaycan arasındakı iqtisadi zona 9 il əvvəl təsis edilib. Ümumilikdə 53 min hektarlıq bir ərazini əhatə edən Araz azad ticarət-sənaye zonası Culfa şəhərindən başlayaraq Xudafərin, Cananlı və Qulubəyli kəndlərinə qədər uzanır./ans/
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı