Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

İŞİD təslim oldu

İraqın Şənqal (Sincar) bölgəsində peşmərgə qüvvələri ilə İŞİD terror qruplaşmasının mübarizəsi davam edir.

Ötən gün peşmərgə qüvvələri ilə yezidi döyüşçüləri “Şənqal əməliyyatı” adlı hücum həyata keçiriblər. Əməliyyat çərçivəsində Sinunə və Rabia bölgələrinə qədər irəliləyən peşmərgələr qarşısında İŞİD-çilər tab gətirməyib və onlardan bəziləri ağ bayraq çıxarmalı olub.

40-dan çox İŞİD yaraqlısı girov götürülüb, digərləri isə qərargahlarını qoyub qaçıblar. Luvənat bölgəsində də qarşılıqlı atışmalar yaşanıb. Kəndlərdən biri terrorçulardan xilas edilib.

Qeyd edək ki, “Şənqal əməliyyatı” srağagün səhər saatlarında başlamış və əməliyyatda Zumar bölgəsində İŞİD-in nəzarətində olan bütün kəndlər azad edilmiş, Mosula gedən yollar təmizlənmişdi.
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39