Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

İki hərbçimiz yol qəzasında dünyasını dəyişib

Dünən səhər Bakı-Quba avtomobil yolunun 49-cu km-də ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində ölüblər. Daha dəqiq desək, hadisə yerinə cəlb olunan FHN-in müvafiq xilasetmə qüvvələri qəza baş verən ərazidə əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Elə dünən axşam moderator.az-a bəlli olub ki, qəzada həlak olanlar hərbçilərdir. Rahat Muradov gizir, həm də tağım komandiridir, Emil Əsgərov isə kapitan və bölük komandiridir. Hər ikisi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edirmiş./apa/
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi