Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

Pirallahıda 8-ci sinif şagirdi intihar etdi

Bakıda məktəbli intihar edib.

Pirallahı rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.
Rayon sakini, 2000-ci il təvəllüdlü Rzayev Nicat Əlibala oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, N. Rzayev 231 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber