Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

Göyçayda məmurlar vətəndaşı intihara sürükləyirlər

Çayarxı kənd sakini icra başçısının müavinindən və hakimdən şikayətçidir

Göyçay rayonunun Çayarxı kəndinin sakini Nəbiyev Anar Rövşən oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Tia.az bir sıra yerli icra orqanlarında narazılıq olan həmin məktubu bəzi düzəlişlərlə təqdim edir:
Mən 22 yanvar 2003-cü il tarixdən bu günə kimi kəndli fermer təsərrüfatının başçısıyam. Başçılıq etdiyim təsərrüfatın qanuni istifadəsində 37.5 hektar torpaq sahəsi var. İşsizəm, ailəliyəm 1 azyaşlı övladım var. 10 yaşımdan ailə üzvlərim ilə birlikdə əkinçiliklə məşqul oluruq. 20 ilə yaxındı ki, gecəmiz-gündüzümüz həmin ərazinin tozunu udub işləmək olub. Qanuni təsərrüfatımız olub, bu gun də davam edir. O vaxtkı rayon icra başçısının sərəncamı ilə 1996-cı ildən daimi istifadəmizdə olan fermer təsərrüfatıdır. Bu gün də təsərrüfatla dolanıram. Həmin torpaq sahəsinin bir hissəsi dağlıq ərazidə, digər hissəsi isə yol kənarında yerləşir. Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevin torpaq sahəsinin yolun kənarında olan hissəsinə (yağlı yerinə) gözü düşüb. Aqressiv hərəkətlərindən görünür ki, torpağı ələ keçirmək niyyətindədir və etdi. Ortalığa qoca kənd sakinini salaraq oyun oynayır. Rayonun Qarabaqqal kənd sakini 87 yaşlı İmran Novruzova saxta icarə müqaviləsi təşkil edərək məndən ora-bura yazdırmağa başladılar. İş məhkəyə düşdü. Məhkəmədə ilk dəfə işə hakim Fərhad Əfəndiyev tərəfindən baxıldı. Hakim mənim mülkiyyətimdə olan torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edib. İşə Apellyasiya və Ali məhkəmə baxıb, bu qərar qüvvədə saxlanılıb.
Mənim başçılıq etdiyim fermer təsərrüfatının qanuni istifadəsində olan və sonradan mülkiyyətimə verilmiş torpaq sahəsinə İmran Novruzova saxta icarə müqaviləsi verilib. Belə ki, Qarabaqqal Bələdiyyəsinin 27 aprel 2007-ci il tarixli iclasında gündəlikdə olan məsələlərin siyahısında - torpaq sahəsinin Novruzov İmran Cahangir oğluna icarəyə verilməsi olmayıb. Protokolda heç bir qeydiyyat aparılmadan, bələdiyyə üzvləri iştikak etmədən, rayon Torpaq şöbəsində qeydiyyata alınmadan, sxemi olmadan rusumu keçirilmədən İ.Novruzova müqavilə verilib. Onun ahıl yaşlarında olan vaxt (87 yaşı var), torpaq sahəsini icarəyə götürməsi və əkib-becərməsi faktiki mümkün deyil. Sonradan başa düşdüm ki, yerim yol kənarında olduğundan əlimdən almaq istəyirlər. Sadəcə olaraq ona saxta müqavilə verilib ki, həmin müqaviləyə əsaslanaraq mənə qarşı məhkəmədə iddia qaldırsın. Hiss olundu ki, rayonda quruplaşma yaradırlar məni də oyuna salırlar. Həmin ərəfədə hakim Elxan Babayev (torpağa gözü düşdüyündən) baxması üçün işi öz üstünə yazdırdı. Həmin mülki iş 18 ay məhkəmədə araşdırıldı. Məhkəmədə məlum oldu ki, İmran Novruzovun məhkəməyə təqdim etdiyi sənədlər köhnə tarixə qeydiyyatı aparılmadan saxta şəkildə tərtib olunub. İcarəyə verilmiş torpaq sahəsinin 2007-ci il tarixli planı həmin vaxt bələdiyyə sədri olmayan şəxs tərəfindən təsdiq edilmişdi. Bunu görəndən sonra həmin bələdiyyə sədrinin yanına getdim, dedim qardaş, sən 2007-ci ildə Qarabaqqal bələdiyyəsində nəinki sədr, heç bələdiyyənin üzvü də olmamısan. Nəyə görə həmin sənədi möhürlə təsdiq etmisən? Bəsədiyyə sədri dedi, həmin sənədi mən Göyçay rayon icra başçısının müavini Yunis Osmanlının tapşırığı ilə təsdiq etmişəm. Qruplaşmada daha kimlərin olduğunu dəqiqləşdirmək üçün addımlar atdım. Bundan sonra DTXK-nin Göyçay rayon şöbəsində məsul işdə çalışan Qismət Məmmədovun yanına getdim ki, niyə saxta sənədə imza atmısan, sən buna görə həbs olunmalısan. Onun da cavabı eyni oldu və əlavə etdi ki, başçının müavini Yunus Osmanlıdan konkret tapşırıq var. Bundan əlavə, məlum oldu ki, ortalığa atılmış yaşlı kənd sakinin İ.Novruzov yaşadığı kənddə “Yunus Osmanlı ilə hakim Elxan Babayev arxamda durublar kimi” ifadələr söyləyir. Beləliklə, məhkəmədə iş mənim ziyanıma qurtardı. Hakim Elxan Babayev Yunis Osmanlının bir kəlmə sözü ilə mənim rəhbərlik etdiyim fermer təsərrüfatının daimi istifadəsində olan və hərrac-müsabiqə yolu ilə mülkiyyətimə verilən torpaq sahəsinin rəsmi sənədlərini ləğv etdi. Nəticədə həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətinə qayıtdı. İndi bilmirəm fermer təsərrüfatının inkişafı ilə məşğul olum, yoxsa saxtakar məmurlarla mübarizə aparım. Artıq başımı itirmişəm, hətta elə gün olub ki, özümü öldürmək istəmişəm. Ümidim yalnız və yalnız cənab prezidentə qalıb. Hakim ədalətli olmalı, qanunun keşiyində dayanmalıdır amma Göyçayda Elxan Babayev şəxsi maraqlarının, tapşırıqların, maddiyyatın keşiyində durur. Hesab edirəm ki, yalnız cənab prezidentin birbaşa bu məsələyə müdaxiləsindən sonra problemim öz həllini tapacaq”.
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı