Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

“Putinin hər əmrini yerinə yetirməyə hazıram”

Çeçenistan Prezidenti Ramzan Kadırov Vladimir Putinin bütün əmrlərini yerinə yetirməyə hazır olduğunu deyib.

Kadırov bununla bağlı özünün İnstaqram səhifəsində yazıb.

“Prezident qeyd etdi ki, mənim Qroznıdakı terror aktı ilə bağlı çıxışım insanların gözləntilərinə tam cavab verir. Buna görə də prezident bildirdi ki, bu mübarizəni qanun çərçivəsində aparmaq lazımdır. Biz hadisələrə verilən qiyməti və prezidentin verdiyi tapşırıqları dəstəkləyirik. Biz onun piyadalarıyıq və hər bir əmri yerinə yetirməyə hazırıq”, - Kadırov yazıb.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Kadırovun Qroznıdakı terror aktına görə terrorçuların ailələrinə qarşı çıxışını pisləmiş və onu hər şeyi qaydalar çərçivəsində etməyə çağırmışdı.
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48