Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

Avropa Şurası İlqar Məmmədova azadlıq tələb edir

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətindən müxalif  REAL Hərəkatının lideri İlqar Məmmədovu dərhal həbsdən buraxmağı tələb edir. “Azadlıq” radiosunun məlumatına görə, vəkil Fuad Ağayev özünün “Feysbuk” səhifəsində belə açıqlama yayıb. O bildirib ki, dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barədə qərarının icrası məsələsinə baxılıb.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minib. Qaydalara görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minəndən ən geci 3 ay ərzində icra olunmalıdır.
977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP