Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

YAP-ın neftinin qiyməti 60 dollara yaxınlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.44 dollar bahalaşaraq 1 barelə görə 54.55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.14 dollar bahalaşaraq 59.41 dollar olub.

Azərbaycan neftinin qiyməti antirekord vurmaqda davam edir. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 18-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 60,96 dollara satılıb.

Bu, dekabrın 17-də qeydə alınmış qiymətdən 0,80 dollar azdır.

Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 100 dollardan götürülüb.

Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə isə, qiymət orta hesabla 103,89 dollar olub.
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı