Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

İslam Partiyasının mitinqinə yenə də icazə verilmədi

Azərbaycan İslam Partiyasının (AİP) dekabrın 21-də paytaxtda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətinə cavab verilib.

Bu haqda  AİP funksioneri Akif Heydərli bildirib.

Meriya AİP -in dekabrin 21-də keçirmək istədiyi mitinqə icazə verməyib və dindarların aksiyasına qadağa qoyub.

Qeyd edək ki, daha öncə İslam Partiyası AİP sədri Mövsüm Səmədov və digər vicdan məhbuslarına qarşı yol verilən haqsızlıqlara etiraz etmək üçün noyabr ayının 16-da da İnşaatçılar metrosunun yaxınlığındakı meydanda kütləvi aksiya keçirmək məqsədilə Bakı şəhər İçra hakimiyyətinə rəsmi müraciət ünvanlamışdı. Meriya həmin tarixdə mitinq keçirmək üçün AXCP-nin də müraciət etdiyini əsas gətirərək, İslam Partiyasının aksiya keçirməsinın məqsədəuyğun olmadığını bildirmişdi./İslaminsesi/
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber