Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

Mövsüm Səmədovun dözülməz şəraitdə saxlanılması bütün dindarları narahat edir

Xəbər verdiyimiz kimi, Hacı Mövsüm Səmədovun “krıtı”ya salınması və onun səhhətinin pisləşməsi dindarlar arasında narazılığa səbəb olub. Artıq illərdir ki, inanclı insanlara qarşı olan bu cür qərəzli mövqelər günbəgün artmaqdadır.Həbsaxanalarda heç də yaxşı olmayan, çox pis şəraitdə saxlanılan islamçı məhbusların halı bu gün nəinki bütün dindarları, hətta vicdanlı olan hər bir kəsi narahat edir. Eyni zamanda, bu məsələlər Azərbaycan İslam Partiyasının (AİP) siyasi şöbəsinin rəhbəri Akif Heydərlini də ciddi narahatlığına səbəb olub.

 

AİP  siyasi şöbəsinin rəhbəri Akif Heydərli islamazeri.az-a açıqlamasında məsələ bağlı münasibət bildirib. Qeyd edib ki, Hacı Mövsüm Səmədovun sağlamlığının daha da pis vəziyyətə düşməsi onun “krıtı”ya salınmasından sonra baş verib: “Bildiyiniz kimi, Hacı Mövsüm Səmədov hazırda “krıtı”da çöx çətin bir şəraitdə saxlanılır. Əlbəttə, bizə görüşə icazə vermirlər. Bir neçə gün bundan öncə ailəsi Hacı Mövsüm Səmədova baş çəkməyə getmişdilər. M.Səmədovun sağlamlığında nasazlıq var idi, amma “krıtı”ya salınandan sonra sağlamlığı daha da təhlükə altına düşüb. Heç kimdən gizli deyil ki, onun vəziyyəti bu an çox pisdir. Sağlamlığı təhlükə altındadır. Bu da onun saxlanma şəraitinin mövcudluğundan xəbər verir. Şübhəsiz ki, M. Səmədov əqidəli, dözümlü insan olduğuna görə, səbrlidir. O, bütün bu çətinliklərin hamısına dözmə gücünə malikdir.”

 AİP rəsmisi bildirib ki,  onun səhhətindəki nasazlıq, rahatsızlığ AİP-i də ciddi şəkildə narahat edir: “Təbii ki, biz də bu yaxınlarda M.Səmədovun vəziyyəti ilə bağlı müvafiq instansiyalara müraciət ünvanlamağı planlaşdırırıq. Müəyyən addımlar atacağıq. Əlaqədar orqanlara müraciətlərimiz olub və olacaq da. Ümid edirik, M.Səmədovun saxlanma şəraitinin yaxşılaşdırılması və səhhətinin normallaşması özünü doğruldacaq. Təbii ki, M.Səmədova və digər islamçı məhbuslara qarşı qərəzli addımlar təkcə bizi yox, bütün dindarları narahat edir. Hətta M.Səmədovun vəziyyəti ilə bağlı kütləvi etiraz aksiyası keçirmək üçün ötən ayın 21-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Aksiyada Hacı Mövsüm Səmədova qarşı qərəzli münasibətin aradan qaldırılması tələbi irəli sürüləcək. Bu zaman ölkə nümayəndələrinə və hakimiyyət nümayəndələrinə birbaşa tələblər ünvanlanacaq. Şübhəsiz ki, ölkə cəmiyyəti və ölkənin idarə etmə orqanları bu haqda düşünməli, bu məsələdən narahat olmalıdırlar. Ölkənin vicdanlı insanlarına qarşı qərəzli münasibətlər bu gün aradan qaldırlmalıdır. Bütün bu qərəzlər, bu zülmlər hamısı Azərbaycan dövlətçiliyinə bir ləkədir. Beynəlxalq arenada və xaricdə Azərbaycanın imicinə ciddi bir  zərbədir”.

 

 

Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov da Hacı Mövsüm Səmədovun səhhətindən narahatlığını ifadə edib. Bu haqdaİslamazeri.az-a münasibət bildirən Kərbəlayi Natiq Kərimov həbsaxanada olmasına baxmayaraq M. Səmədovun hələ də ruh yüksəklıiyi ilə yaşadığını bildirib: “Hacı Mövsüm Səmədovu mən sonuncu dəfə apellyasiya məhkəmsində gördüm. Baxmayaraq ki, ömrünün müəyyən hissəsini illərdir, həbsxanalarda, “kars”da, “krıtı”da keçirib, amma azadlıqda olduğu kimi ruh yüksəkliyi ilə görünürdü.Yəni, ona həbsxana mühiti heç bir təsir etməyib.

Bu da onun əqidəsinin göstəricisidir. Biz özümüz də iki dəfə mitinq etmişik. Hicab məhbuslarıyla bağlı isə müdafiə komitəsinin sədri kimi fəaliyyət göstərmişik.”

1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı