Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

İngilis kəşfiyyatı diplamatları otellərdə izləyirmiş

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvar Snoudenin açıqladığı məxfi məlumatlardan aydın olur ki, ingilis kəşfiyyat xidməti GCHQ xarici diplomat və dövlət rəsmilərinin səfərlər zamanı qaldıqları otelləri xüsusi proqramla izləyib. İngilislər bu vasitə ilə nəinki öz ölkələrinə gələn, eyni zamanda dünyanın müxtəlif ölkələrinə səfər edən dövlət nümayəndələrini təsbit edərək otaqlarını dinləyirmiş. Der Spiegel jurnalının xəbərinə görə kəşfiyyatçılar diplomatlar və rəsmi heyətlərin üstünlük verdiyi 350 yüksək reytinqli rezervasiya sistemini xüsusi proqramla izləyiblər. İlk dəfə 2010-cu ildə sınaqdan keçirilən sistemdə “gov” domeni ilə bitən e-maillər təqib edilib. Bu emaillərə rezervasiya məlumatı göndərildikdə isə GCHQ-nin ofisinə xəbərdarlıq gedirmiş. Lider və ya diplomatın qaldığı otaq müəyyən edildikdən sonra otaq telefonu, faksı izlənilir, hətta otaqda istifadə olunan komputerlərə də girirlərmiş. Jurnalın yaydığı xəbərdə otel adı çəkilməsə də nümunə kimi Sinqapur və Sürixdən bəhs edilir. Royal Concierge adlandırılan proqram üçün xüsusi loqo da hazırlanıb. Loqoda lüks otel əməkdaşları kimi geyinmiş pinqvin şəkli yerləşdirilib.
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05