Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

20 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 20-dən 21-i gündüzədək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 21-i günün ikinci yarısından dekabrın 23-ü günortayadək atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin dekabrın 22-si günün ikinci yarısında güclü xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
15.01.17, 08:07
Braziliyada sarı qı