Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Bakıda Nəqliyyat Departamentinin əməkdaşı döyülüb

Ötən gecə Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb.

Hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı taksi dayanacağında qeydə alınıb. Bakı Sərnişin və Yük Daşıma Departamentinin əməkdaşı, 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən “50 CK 149” dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçıb.

Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkmiş Mirsadıq Həmidovun izahatı alınıb./lentaz/
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı