Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Daha bir icra başçısının övladının özbaşınalığı

Zöhrab İmanov Pirallahıda sahibkarlar və sakinlərə qan uddurur

Azərbaycanda məmur övladlarının özbaşınalığı barədə dəfələrlə məlumatlar verilib. Həmin məmurların övladları dəfələrlə etdikləri özbaşınalıqların nəticəsində əhali ayağa qalxıb. İsmayıllı və Quba hadisələrinin də məhz həmin məmur özbaşınalığə nəticəsində baş verməsi də buna nümunədir.

Növbəti özbaşınalıq isə Bakıda baş verir. Bu barədə redaksiyamıza Bakının Prallahı rayon sakinləri məlumat verib. Dia.az-a daxil olan məlumatda deyilir ki, yeni yaradılmış Pirallahı rayonunun icra başçısı Vasif İmanovun oğlu Zöhrab İmanov rayonda əməlli-başlı at oynadır. Zöhrab İmanovun özbaşına hərəkətləri artıq rayon əhalisini boğaza yığıb. Bu şəxs rayon ərazisində sahibkarlara əməlli başlı qan uddurur. İcra başçısının oğlu rayondakı sahibkarlardan qanunsuz pul yığımı ilə məşğuldur: “İstədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür”.

Sakinlər məsələ ilə bağlı daha bir fakt açıqlayıb. Onların dediyinə görə, bu yaxınlarda rayon ərazisində sahibkarlıqla məşğul oln daha bir nəfər Zöhrab İmanovun qəzəbinə tuş gəlib. Nəticədə Zöhrab İmanov “Əjdakan LTD”MMC-nin mülkini darmadağın edib. Şirkətin yerləşdiyi 33 hektar ərazi yerlə yeksan edilib, şirkətiun inzibati binaları və həyətindəki bahalı ağaclar oğurlanıb. Sakinlər deyirlər ki, Zöhrab İmanov hmin şirkətin binasının daşları və digər materialları ilə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib. Sahibkar isə hazırda dağılmış mülkiyyətindən əl çəkilməyə
vadar edilir.

Sakinlərin dediyinə görə, faktla bağlı “Əjdəkan LTD”MMC-nin rəhbərliyi Pirallahı rayon Polis İdarəsinə müraciət edərək icra başçısının oğlunun onlara 10 min manat ziyan vurduğunu bildirib. Polisdə işin araşdırılmasına başlanıb və fakt təstiqini tapıb. Hazırda faktla bağlı istintaq aparıldığı deyilir.

Sakinlərin şikayətində daha bir fakt göstərilib. Məlumatda bildirilir ki, bu yaxınlarda icra başçısınıən oğlu Zöhrab İmanovun göstərişi ilə rayon ərazisdində hansısa sahibkarın obyekti sökülüb. Söküntü zamanı 20 yaşlı oğlan söküntülər altında qalıb ölüb. Amma, ölüm hadisəsi Zöhrab İmanovun təzyiqi ilə ört-basdır edilib, mərhumun valideynləri susdurulub.

Sakinlər deyirlər ki, Zöhrab İmanovun hazırda rayon ərazisində onlarla ticarət və xidmət obyektləri, Beton Zavodu, Asvalt Zavodu var. Həmin obyektlər narazılıq edən sahibkarların əliundən zorla alınaraq mənimsənilib. Sakinlər dəfələrləı icra başçısının qəbuluna girib onun oğlunun özbaşınalıqları barədə məlumat vermək istəsələr də icra başçısı sakinləri qəbul etməyib.

Sahibkarlar məsələ ilə bağlı İ. Əliyevə müraciət etməyə hazırlaşır./dia/
865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı