Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Həbsdəki gənc fəal karserə salınıb

Həbsdə olan NİDA-çı gənc İlkin Rüstəmzadə 2-ci dəfə karserə(cərimə təcridxanası) salınıb.

Bu barədə NİDA vətəndaş hərəkatının bəyanatında deyilir: “18 dekabrda İlkin Rüstəmzadənin atası Kürdəxanı təcridxanasına oğluna sovqat aparan zaman bilib ki, İlkin karserə salınıb. O, son bir ayda ikinci dəfədir karsa salınır. Karserə salınma ilə bağlı İlkinin atasına əsaslı heç bir səbəb deyilməyib. İlkin Rüstəmzadənin birinci dəfə cəza kamerasına salınması onun İşçi Qrupla bağlı yazısına görə idi”.

Nidaçılar hesab edir ki, İlkin Rüstəmzadənin bu dəfə karserə salınması son apellyasiya məhkəməsində etdiyi çıxışı və həbsxanada rəhbərliyin onunla davranışlarına etiraz etdiyinə, problemləri ictimailəşdirdiyinə görədir.

“İlkin Rüstəmzadənin vəkilləri məsələnin hüquqi tərəfləri ilə maraqlanırlar. Səbəblərlə bağlı detallı məlumat yayacağıq”, deyə bəyanatda deyilir.

Nida Vətəndaş Hərəkatı hakimiyyətdən, vəzifəli şəxslərdən qanunsuz əməllərindən əl çəkməyi, təziylərə son qoyulmağı tələb edir. Həmçinin, insan haqları ilə bağlı qurumları məsələni diqqətdə saxlamağa çağırır.

* 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbs cəzalarına məhkum edib.İlkin Rüstəmzadə 8il azadliqdan məhrum edilib.

Gənclər ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.
Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib (Turan).
888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı