Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Polis sürücüləri işsiz qoydu

Bakıda taksi sürücüləri yeni problemlə üzləşib. Metronun “Neftçilər” stansiyası yaxınlığında çalışan sürücülərə orda dayanmağa icazə verilmir.

Bu barədə şikayət edən bir qrup sürücü bildirib ki, onlara avtobus dayanacağında maşın saxlamağa icazə verilmir və bunu anlayışla qarşılayırlar. Amma sürücüləri dayanacaqdan kənarda da maşın saxlamağa qoymurlar.

Sürücülərin sözlərinə görə, “8-ci kilometr” bazarı ətrafında, metronun digər çıxışlarında taksi sürücüləri maşın saxlaya bilirlər. Ancaq “Maqnit” mağazası qarşısındakı ərazidə taksi sürücülərinə işləməyə imkan verilmir. Buna səbəb bir müddət əvvəl ANS-in efirində aparıcı Kamran Həsənlinin avtobus dayanacağının taksi sürücüləri tərəfindən zəbt edildiyini göstərməsi olub. Bundan sonra Nəqliyyat Departamentinin əməkdaşları və polis əraziyə gələrək sürücüləri kənarlaşdırıb. Amma onlara dayanacaqdan kənarda da maşın saxlamağa imkan verməyiblər. Sürücülər qeyd edirlər ki, metrodan daha uzaq məsafədə maşın saxlamaq müştəri itkisi deməkdir və sərnişinlərin diqqətini cəlb etmir./axar/
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP