Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Atəşkəs 56 dəfə pozuldu

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Mərzili, Kəngərli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10