Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

İran ən böyük pilotsuz təyyarəsini təqdim edib

İran "Fətrəs" adlı pilotsuz təyyarəsini təqdimat mərasimini keçirib

İnterAz-ın İsna agentliyinə istinadla verdiyi xəbərə görə, yeni pilotsuz təyyarənin təqdimatında İranın Müdafiə naziri Hüseyn Dehqan da iştirak edib. Mənbə bildirib ki, “Fətrəs” İranın ən böyük pilotsuz təyyarəsi sayılır ki, ölkə müdafiə nazirliyinin hava sənayesində istehsal edilib.

İranın Müdafiə naziri təyyarənin təqdimat mərasimində, onun xüsüsiyyətlərindən danışıb və təyyarənin 2 min km uçduğunu eləcə də, 30 saata qədər havada qalma qabiliyyətinə malik olduğunu bəyan edib.

Nazir gələcəkdə pilotsuz təyyarələrə ehtiyacların daha da artacağını və bu zəmində İranda müxtəlif uçan aparatların istehsal ediləcəyini söyləyib.


1817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48