Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

ABŞ-dan Fətullah Gülənin həbs qərarına reaksiya

Türkiyədə məhkəmənin qərarı ilə nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.

ABŞ isə Fətullah Güləni Türkiyəyə təhvil verib-verməyəcəyinə dair məsələyə münasibət bildirib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda təşkil olunan mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı sualı cavablandırıb.
Cen Psaki bildirib ki, ABŞ siyasətinin prinsipi olaraq, Dövlət Departamenti ekstradisiya məsələləri ilə bağlı tələbləri şərh etmir. “Biz əvvəllər də bu barədə narahatlıqlarımızı bildirmişik. Təfərrüatları bilmək istəyirsinizsə, bu haqda sualınızı Türkiyə hökumətinə verməlisiniz”,-deyə Cen Psaki söyləyib.

Qeyd edək ki, Fətullah Gülən haqqında “paralel yapı” əməliyyatları çərçivəsində həbs qərarı çıxarılıb. O, terror təşkilatına liderlik etməkdə şübhəli bilinir.
991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber