Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

1300 amerikalı hərbiçi İraq yolunda

Amerikanın Day Hailey qəzeti yazıb: Amerikanın Müdafiə Nazirliyi İraqa 1.300 hərbiçini göndərmək barədə razılıq etdiyini bildirib.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, bu razılığı Amerikanın istefada olan müdafiə naziri Çak Heygel verib.
Qəzetin yazdığına görə, bu hərbiçilər Barak Obamanın ötən ay razılıq verdiyi 1500 hərbiçinin bir hissəsidir.
Pentaqon sözçüsü Con Korbi deyib: Minə yaxın hərbiçi ordunun 3-cü döyüş korpusuna və 82-ci xüsusi təyinatlı qüvvələrin bir hissəsidir. 300 nəfər isə, ordunun müxtəlif hissələrindəndir. Onlar casusluqla mübarizə, logistik xidmət və rabitə əməliyyatlarında “yardım” edəcəklər.
Onların çoxu İraq ordusunun briqadalarının təlimində iştirak edəcəklər.
Qəzet yazıb: Bu qüvvələr böyük ehtimalla İraqın dörd məntəqəsində yerləşəcəklər. Onlar guya İraq Silahlı Qüvvələrinə məsləhət verəcək və onlara yardım edəcəklər.
1122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP