Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Pişmərgə qüvvələri yezdilərin qibləgahına çatdılar – FOTOLAR

Kürd Pişmərgə qüvvələri təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) ünsürlərilə qarşıdurmada Sincarda 30 kəndi azad etmiş və son iki gündə 102 km irəliləmişlər.
Pişmərgə qüvvələri öz irəliləmələri nəticəsində 136 terrorçunu zərərsizləşdirmişlər. Onlar habelə 75 İŞİD-çi meyyiti də tapmışlar. İŞİD terrorçularından 100 nəfəri əsir almışlar.
Pişmərgə qüvvələri Sincar mühasirəsini yardıqdan sonra, Şeyx Ədi (Şərəfuddin) məqbərəsinə çatmışlar.
Tam adı Şərəfuddin Əbul-Fəzail Ədi ibn Müsafir ibn İsmail ibn Musa ibn Mərvan ibn Həsən ibn Mərvan olan Şeyx Ədinin məqbərəsi Mosuldan 36 km-lik məsafədə yerləşən Laləş kəndindədir. Bura yezdi kürdlərin qibləgahı sayılır. Hər bir yezdi kürd imkanı olduğu zaman ömründə azı bir dəfə buranı ziyarət etməsi lazımdır.
Şeyx Şərəfuddin əməli saleh və təqvalı şəxs olmuşdur. O Suriyanın Bələbək şəhərində dünyaya gəlmişdir. Sonrada Kürdüstanın Hakkari dağlarında və Mosulda yaşamışdır. Bu dövrdə Şeyx Ədi Hakkari ləqəbilə məşhurlaşmışdır. O hicri qəməri təqvimilə 555 yaxud 557-ci ildə 90 yaşında vəfat etmişdir.
İraqın baş naziri Heydər əl-İbadi Məsud Bərzaniyə zəng edərək Pişmərgə qüvvələrinin qələbəsi münasibətilə onu təbrik etmişdir.
O kürd qüvvələrinin zəhmətlərini dəyərləndirərək, bu qələbənin çox mühüm olduğunu bildirmişdir.
Heydər əl-İbadi bir daha İraq dövləti kürdlərin yanında olduqlarını və terrorizmlə mübarizədə onlara yardımlarını davam etdirəcəklərini bildirmişdir.


1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber