Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Əfqanıstanda il ərzində 3188 dinc sakin ölüb

2014-cü ildə Əfqanıstanda dinc sakinlər arasında münaqişə qurbanlarının sayı 3188 nəfər təşkil edib.  “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb.  Hesabat 2014-cü ilin 11 ayını - yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir. 

935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41