Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Sanksiyalara Rusiyadan cavab: “Fikirləşin”

ABŞ və Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiya qərarına Rusiya Xarici İşlər Nazirliyi sərt cavab verib.

Nazirliyin sözçüsü Aleksandr Lukaşeviç Vaşinqton və Ottavaya verdikləri qərarın nəticəsini bir daha fikirləşmələrini məsləhət görüb.

Nazirlik verdiyi açıqlamada ABŞ və AB-nin Krımı cəzalandırmasının bölgənin könüllü olaraq Rusiya ilə birləşmə qərarı aldığının dəlili olduğunu bildirib.

Bu arada Krım lideri Sergey Aksyonov da Qərb ölkələrinin tətbiq etdiyi əlavə sanksiyaların onları qorxutmadığını, deyilən sözlərin isə "boş səs-küydən" ibarət olduğunu deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama dünən Rusiyaya qarşı yeni sanksiyaları imzalayıb. Yeni sanksiyalara görə, Amerika malları, texnologiya və xidmətlərinin Krıma ixracı qadağan olunur. Habelə, Krımdan idxalat və yarımadaya Amerika sərmayəsi qoyulması da tətbiq olunan sanksiyalar sırasındadır. Rəsmi Ottava da hərəkətə gəlib. ABŞ ilə birgə yeni sanksiya dalğasına start verən Kanada 20 Rusiya və Ukrayna vətəndaşının ölkəyə gəlişinə, həmçinin neftin kəşfiyyatı üçün hazırlanmış texnologiyaların idxalına qadağa qoyub./axar/
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber