Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

İrandakı çevriliş planı sənədləri qadağan edildi

ABŞ Xarici İşlər Nazirliyi 1950-ci illərdə İranda çevrilişə cəhdlə bağlı sənədlərin yayımlanmasını qadağan etdi.

Bu barədə informasiyanı “Fars” xəbər agentliyi yayıb.

Məlumatda ABŞ-ın buna əsas səbəb kimi İran və Altılıq ölkələri arasında olan danışıqları əsas göstərdiyi deyilib. Vaşinqton bu sənədlər sayəsində danışıqların məhv ola biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 1953-cü ildə keçirdiyi Ayaks əməliyyatı nəticəsində İranın o zamankı Baş naziri Məhəmməd Müsəddiqi hakimiyyətdən devirmişdi. Müsəddiqin devrilməsinə əsas səbəb neft sənayesini milliləşdirərək ingilis şirkətlərini ölkədən çıxartması idi. Hakimiyyətdən uzaqlaşdırılan Müsəddiq bir daha siyasətə geri qayıtmadı. Bundan sonra isə İrana geri qaytarılan Şah Məhəmməd Rza xaricilərin bütün sazişlərini təsdiqlədi.
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP