Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

İŞİD Azərbaycan sərhədlərinə yaxınlaşır

Dağıstan mücahidlərinin əmiri Əbu Məhəmməd “İslam dövləti”nə tabe olduğunu bəyan edib.

Onun “İslam dövləti”nə tabe olduğunu etiraf etdiyi haqqında görüntülər sosial şəbəkələrdə yerləşdirilib.

Məlumatda həmçinin Əbu Məhəmmədlə bərabər, Dağıstan terrorçularının komandirlərindən olan Əbu Məhəmməd Araçaulskiy də “İslam dövləti”nə tabe olduğunu bəyan edib. Əbu Məhəmməd bu çıxışını bütün Dağıstan terrorçuları adından etdiyini bildirib. Videonun dekabrın 16-da qeydə alındığı bəlli olub.

Bəzi rus ekspertləri Əbu Məhəmmədin bu addımını “İmarət Qafqaz”ın artıq parçalanmaq ərəfəsində olmasıyla əlaqələndiriblər.

Xatırladaq ki, bundan öncə Xasavyurt rayonundakı döyüşçülərin rəhbəri Suleyman Zeynalabdinov İŞİD rəhbərinə tabe olduğunu bildirmişdi.
1047 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber