Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Bu axşam qar yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacaq. Ayın 22-dən 23-nə keçən gecə yağıntı olma ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760-765 mm civə sütunu arasında dəyişəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, axşama doğru sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşama doğru yağıntı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam yağıntı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, axşama doğru 23-28 m/s-dək güclənəcək. Temperatur gecə 0-4°, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, axşam yağış yağacaq. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, axşama doğru bəzi yerlərdə 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Gecə 4-6°, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31