Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Məhkəmə Qarabağ əlilini intihara məhkum edir

Düşmən Qarabağda, «bizimkilər» Bakıda Qarabağ qazilərini cəzalandırır

Öz yurduna, ANA torpağını - qəbrini yoluxmağa gedən Qarabağ veteranları olan soydaşlarımıza qondarma məhkəmə qərarı ilə ömürlük və 22 il həbs verilməsi elə də təəccüblə qarşılanmadı. Nədən elə Bakıda da neçə ildir məhkəmələr sifarişlə qaziləri cəzalandırmaqdadırlar. Özü də ömürlükdən-güllələnmədən tutmuş, uzunmüddətli həbslərə qədər.

Üstəlik, Qarabağ əlilləri etmədikləri saxta qanunsuzluqlara görə də saxta məhkəmə aktları ilə torpaqlarından, əmlaklarından, təqaüdlərindən məhrum edilir. Özü də xəstəxanada ölüm-dirim savaşı aparan çağ. Baxın, xaricdə müalicəyə ehtiyacı olan, güllə ağ ciyərinin üçdən ikisin aparan Qarabağ əlili Xaliq Abbaszadə hazırda Mərdəkandakı “Veteranlar qospitalı”nda ölümlə yaşam arasında savaşdadır. Suraxanı məhkəməsi isə onu 22 dekabr 2014-cü il tarixinə saat 10-a “Rəvan” sığorta şirkətinin möhürü, imzası, rüsumu və s. olmayan saxta iddiası əsasında iclasa çağırır. Özü də xəstəxanadan həkimin imzası ilə teleqram göndərilməsinə, əlaqədar dövlət qurumlarına elektron formada və məktublarla müraciət edilməsinə baxmayaraq hakim Ceyhun Qədimov əlili “subroqasiya” qaydasında 9100 manat cərimə etməkdə israrlıdır. Bu qənaətə gəlməyimiz əsassız deyil. Fikir verin, Qarabağ əlilinə nə vəkil ayrılır, nə nümayəndəsinin iştirakına yol verilir, nə də MPM-in 155 maddəsinə əsasən verdiyi qarşılıqlı iddia ərizəsi tanınır. Hətta ilkin iddiaya etirazını da hakim qanusuz sayıb ki, iddia şirkətin qanunla qorunan hüququ olduğundan ona etiraz etmək hüququ savadsızlıqdır.

Işğalçılar Qarabağdakı girovlarımıza hökm oxuyanda, Bakıda Qarabağ qaziləri intihara məhkum edilmələri günümüzün acı gerçəyidir.

M.Ağsu

P.S.Başqa bir Qarabağ qazisi Sabirabadda neçə gündür aclıq aksiyası keçirir, heç bir dövlət qurumundan səs-soraq çıxmadığından o da son əlacının intihar olduğu qənaətinə gəlib./azadlıq/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı