Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Dünya Çempionatının keçiriləcəyi tarix bəlli oldu

FİFA İcraiyyə Komitəsi Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilmə vaxtını təsdiqləyib. Turnir iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Dünya çempionatının görüşləri 11 şəhərdəki 12 stadionda -Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburq şəhərlərindəki stadionlarda oynanılacaq.

Qeyd edək ki, turnirdə ev sahibi Rusiya və 2014-cü il dünya çempionu Almaniya ilə yanaşı, 2016-cı il Avropa çempionatının, 2015-ci il Amerika kubokunun, 2015-ci il Asiya Kubokunun, 2017-ci il Afrika Millətlər Kubokunun, 2016-cı il Okeaniya Futbol Konfederasiyası Millətlər Kubokunun qalibləri, həmçinin ABŞ yığması və KONKAKAF-2015 Qızıl Kubokunun sahibi arasında keçirilən oyunun qalibi iştirak edəcək.
940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber