Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

"Zəng vurub xahiş edirlər ki, seçkiyə gəlin"

Hakimiyyətin bələdiyyə rüsvayçılığı

Dekabrın 23-ü bələdiyyə seçkiləridir. Lakin ölkədə seçki ab-havası hiss olunmur. Bu da təbii ki, vətəndaşların seçkilərə inamsızlığından irəli gəlir. Artıq vətəndaşlar başa düşür ki, Azərbaycanda ədalətli seçki keçirilmir.

Hakimiyyət isə rüsvay olmamaq, Azərbaycanda azad və ədalətli seçki görüntüsü yaratmaq, vətəndaşların seçkilərə ciddi maraq göstərməsi barədə rəy yaratmaq üçün dəridən qabıqdan çıxır. Əldə etdiyimiz məlumatlara görə, indi də məktəblərdə valideynlərə seçki günü məntəqələrə getmək təşviq olunur. Müəllimlərə tapşırılıb ki, bir-bir valideynlərə zəng edib onları seçkiyə dəvət etsinlər. “Zəng vurub xahiş edirlər ki, seçkiyə gəlin, direktorumuzu pis vəziyyətdə qoymayın. Belə anlaşılır ki, hər məktəbin direktoruna bu barədə tapşırıq verilib”, - deyə valideynlərdən biri qəzetimizə bildirib./azadlıq/
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP