Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Rusiyanın Xəzərdə yeni raket gəmisi

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib.

Dekabrın 19-da 21631 "Buyan-M" layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunubb.

"Velikiy Ustyuq" adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 "Buyan-M" layihəli üçüncü gəmidir. Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi "Kalibr-NK" universal raket kompleksi ilə silahlandırılıb./apa/
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...