Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Aytullah əl-üzma Şübeyr Zəncani namazın ardınca hansı təqibləri oxuyur?
Ad: Ölkə: Müctəhid: Ayətullah Zəncani

Cavab:

Bismillahir-rəhmanır-rəhim

Sual: Sizin namazlarda oxuduğunuz təqiblər hansılardır?

Cavab: Mənim izlədiyim təqiblər bunlardır:

1. Ayətul-kürsü "və huvəl əliyyul-əzim"ə kimi.

2. Həzrət Fatimə Zəhra (ə) təsbihi.

3. Üç dəfə Tövhid surəsi.

4. Üç dəfə salavat.

5. Üç dəfə:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًاوَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuqhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliğu əmrih. Qəd cələllahu likulli şəyin qədra.

6. Otuz dəfə təsbihati ərbəə. Çünki hər bir vacib namazdan sonra, əsasən də namazı qəsr olan müsafir üçün təsbihati ərbəə oxumaq müstəhəbdir.

7. Səcdədə bir nəfəsə 14 dəfə "یا واسع یا وهّاب" (Ya Vase, Ya Vəhhab) oxumaq. Əgər nəfəsi çatmasa 14 dəfə یا وهّاب (Ya Vəhhab) desin. Mən bunun rəvayətini görməmişəm. Amma elm, zikr və dua əhli olan adamların qəbul etdikləri Tehran alimlərindən olan Cənab Seyid ƏbulHəsən Mürtəza bu duanı maddi və onun kimi müşküllərin həll olması üçün sifariş etmişdi.

Cənab Hacıağa Rza Sədr deyir: Mənim çoxlu maddi müşküllərim var idi ki, həll olmurdu. Seyid ƏbulHəsən Mürtəza bu göstərişi (yuxarıdakı zikrin oxunmasını) mənə verdi.

Mən Hacıağa Rzadan eşitdim ki, o bu göstərişə əməl edib və işləri düzəlib. Hacıağa Rza onun icazəsini mənə də verdi.
1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber