Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

 Allahın adı ilə!

   “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənsonrada (imanındadüz )  imanda möhkəm olankəslərə  mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın  kədərlənməyinSizə vəd olunanCənnətlə sevinin“ (Fussilət -30)

Milli mənəvi dəyərlərimiz yolunda öz malları, canları və övladları ilə mübarizə aparan alim və möminlərə, bütün müsəlman xalqımıza, İslam Peyğəmbərinin (sələlləhu ələyhi və alihi və səlləm) və O Həzrətin cigərparəsi ikinci İmamət günəşi İmam Həsənin (ələyhissalam) və səkkizinci viləyət günəşi İmam Rizanın (ələhiyssalam) şəhadətini təsəlli verir, bəşəriyyətin dünya və Axirətdə yeganə düz yolu Quran və Əhli-Beyt (ələyhissalam) məktəbində Allaha təvəkkül edib, sabitqədəm olmalarını arzulayırıq.

İmperializm və sionist qüvvələrin İslam aləmini qan içində üzdürdüyü bir zamanda, Vətənimizdə cəbhə bölgəsində hər gün şəhid verdiyimiz bir zamanda iqtidarın gizlin-gizlin zindanda olan əziz və mübariz Əhli-Beyt (əleyhissalam) məktəbinin davamçıları olan din alimlərimizin və möminlərin incidilməsi, yeni repressiyalara start verib Elşən Mustafaoğlunun yoxa çıxması dövlətin təzə və gizlin niyyətindən xəbər verir.

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi həmişə olduğu kimi bütün bu cərəyanları dəqiqlik və səbrlə izləyir və iqtidara qəti şəkildə xəbərdarlıq edir ki, İslam aləmində gedən proseslərin içində, müharibə şəraitində olan ölkəmizdə qəhrəman qardaşlırımzı təcili olaraq, qeydsiz-şərtsiz zindandan azad etmək əvəzinə yenidən aranı qarışdırmaq, içimizdə olan Vətən xainlərindən və müsəlman xalqımızın düşmənlərin işindən başqa bir kəs deyildir.

Artıq bütün müsəlman aləminə qəti olaraq sübut olundu ki, İslam Peyğəmbərimizin (s) buyurduğu kimi ağıl, məntiq, elm və hikmətə əsaslanın, Quran və Əhli-Beyt (ə) məktəbi bütün bəşəriyyətə nicat verən yeganə məktəb və həyat yoludur. Gəlin bu həqiqətə siz də iqrar edin və bu məktəbin eşqi yolunda Kərbəla meydanı kimi çıraqdan istifadə edib, işğal altında olan torpaqlarımızı azad edək, çətin şəraitdə yaşayan xalqımıza xidmət edib, gələcək nəsillərin xoşbətliyi və müstəqilliyimiz naminə bir daha səhvə yol verməyək! Əziz İslam Peyğəmbərimizin (s) ömürnün son anlarında buyurduğu tarixi sifarişi artıq tarix sübuta yetirmişdir:

    “Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!” (Səhihi-Termizi”, 5-ci cild, səh. 662, “Əhli-beytin fəzilətləri” bölümü, hədis: 3786.)

 Mudafiə Komitəsi mətbuat şöbəsi

Hicab.org

744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:45