Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Gülən danışdı: "Lenin də, Hitler də sizin kimi...”

“Mənə bir qovluq veriblər. Həmin bu qovluqda təxminən bir ildən çoxdur ki, ünvanıma deyilən 400 dənə söyüşün siyahısı hazırlanıb”. Bu sözləri herkul.org saytında yayımlanmış açıqlamasında nurçuların lideri Fətullah Gülən bildirib.

Fətullah Gülən Hitlerin onu təhqir edənlərlə müqayisədə daha humanist olduğunu söyləməkdən də çəkinməyib: “İnanın, Lenin Allahı inkar etsə də, öldürdüyü insanlara bu qədər söyüş söyməyib. Müxaliflərini çəkinmədən məhv edən Hitler də qəddar olmasına baxmayaraq, 400 dənə söyüş söyməyib. Məni söyüb təhqir edənlərə ancaq söyüş mücahidi demək olar. Oturub-durub ancaq beyinlərində söyüş istehsal edirlər”.

Qeyd edək ki, ötən həftə Fətullah Gülən haqqında “terror təşkilatına liderlik etmək” ittihamı əsasında həbs qəti imkan tədbiri seçilib.

Ddekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.

Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır./lentaz/
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11