Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Bakı türməsində üsyan

Bu gün səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud şəkildə pozublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, onlar digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlər ediblər.

Penitensiar xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər. Qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb./ans/
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber