Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

QAT ilahiyyatçı alimin həbsi ilə bağlı bəyanat yaydı

QAT ilahiyyatçı alimin həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Qarabağ Azadlıq Təşkilatı ilahiyyatçı alim Elşən Mustafaoğlunun həbsi ilə bağlı narahatçılığını bildirir. Elşən Mustafaoğlu Azərbaycanda və ölkədən kənarda kifayət qədər tanınmış şəxsdir, həmişə obyektiv mövqeyi, ağıllı fikirləri ilə seçilib. O, Qarabağ məsələsi ilə bağlı fəal mövqedə olub, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, gənclərin Qarabağ uğrunda fəal mübariz kimi yetişdirilməsində, vətənpərvərlik tərbiyəsi işində xidmətlər göstərib. Bu cür adamın həbs edilməsi başa düşülən deyil. O, azadlıqda Azərbaycan cəmiyyəti və dövləti üçün daha çox xeyir verə bilər.

Biz hesab edirik ki, Elşən Mustafaoğlunun həbsi anlaşılmazlıq nəticəsində baş verib. Onun barəsində obyektiv və ədalərli araşdırma aparılmalı və tezliklə azadlığa buraxılmalıdır. Onun hansısa cinayət hərəkəti törətdiyi inandırıcı deyil. Onu cəmiyyətdə yaxşı tanıyırlar, onun haqqında ancaq müsbət fikir mövcuddur. Onun həbsi hakimiyyətin imicinə də mənfi təsir göstərir. Hüquq-mühafizə orqanları məsələnin bu tərəflərini hökmən nəzərə almalıdır."
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber