Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Əmircandakı qara dərililər

Bu amerikalı zəncilər lap nərmənazik olub gediblər. Hər gün ABŞ-ın bir yerindən xəbər gəlir ki, bəs zəncilər filan şeyə etiraz elədilər, polis onlara zorakılıq törətdi, nə bilim, dəvə qalxdı, dam uçdu...

Mən o “amerikalı polislərin qara dəriliyə qarşı zorakılığı”, o cümlədən “Amerikada xalq ayağa qalxdı” başlıqlı videoların bir-ikisinə baxdım. Ona görə çox baxmadım ki, bunlara SSRİ vaxtında yetərincə baxıb doymuşam, kim hələ də belə səfeh Rusiya, kommunist, diktatura şoularına, təbliğatlarına baxmaq istəyirsə davam eləsin. Lap istəsəniz ABŞ-ı blokadaya alın, Kürdəmir parlamenti Texası insanlıqdan kənar saysın, Aydın Mirzəzadə və Oqtay müəllim birlikdə “Hinduların soyqırımı” mövzusunda deputatxana qətnaməsi hazırlasın. Bununla nə dəyişəcək? Bunlar hamısı milçəklərin filə “xortumu çox uzundur, hava püskürdür, imkan vermir təzəyimizin üstündə rahat şellənək” tipində demaqoqiyasından başqa bir şey deyil. Mən sadəcə bu videolardakı məzmuna diqqət yönəltmək istəyirəm.

Örnək üçün, videonun birində polislər hansısa qara dərili cinayətkarı tutublar, əlini qandallamaq istəyirlər, bu zaman böyürdən başqa polis çıxır, bu zənci qardaşımızın qarnı istiqamətinə 3-4 yumruq atır. Ta bunun nəticəsində adama nə oldu - görünmür, çünki video çəkən dərhal “oh may qad”-zad eləyib sanki qəsdən kameranı əsdirir, görüntü itir. Bir-iki saniyə sonra zəncini təzədən göstərirlər, aydın olur bu qardaş polisin “amansız təzyiqindən” sonra analifaktik şok, epileptik tutma, nə bilim, kliniki ölüm-zad keçirtməyibdir, əksinə, dili yarım metr də çıxıb və polislərin yeddi arxa dönəni haqda yaxşı sözlər işlədir. O sözlər ki, Hollivud filmlərində hamınız eşitmisiniz və bizim telekanalizasiyalar onları adətən “cəhənnəm ol” şəklində yumşaldıb çevirirlər.

Əlbəttə, polisin bu hərəkətini pisləyirik. O cümlədən, iş başında həlak olan polislərin yaxınlarına da səbr diləyirik. Amma müqayisə də yaxşı şeydir axı. Nyu York polisinin o hərəkətini pisləyən azərbaycanlılar Bakı Çevik Polis Alayının, həmçinin, saysız-hesabsız başqa yapist güc qurumlarının uca millətimizə qarşı davranışlarını görməyiblərmi? İcazəli, icazəsiz mitinq və aksiyalarda sürütmə edilən, zorakılıqla üzləşən, döyülən, işgəncə görən insanlarımız yüzlərlədir. Mən bunu özümdən, poetik olsun deyə yazmıram, hüquq-mühafizə orqanlarımızın insanlara işgəncəsi haqda Avropa Məhkəməsinin çoxlu qərarları var.
Yazırlar ki, Amerikada polis bir zəncini boğub öldürüb, bundan sonra on minlərlə amerikalı küçələrə çıxıb, etiraz aksiyalarına başlayıb. Hacı Məmmədov - polis polkovniki - öz restoranının həyətində ondan çox adamı basdırmışdı, amma heç buna etiraz edən on nəfərimiz olmadı. Siz niyə Amerikanın dərdini çəkən oldunuz birdən-birə?
İnternetdə 2003-cü ilin oktyabr hadisələrinin videoları, fotoları qalır. Şükür olsun, bunları heç kim silə bilməz. Necə deyərlər, heç nə unudulmur, heç kim yaddan çıxmır. Həmin videoların birində yerə yıxılıb aman diləyən yaşlı qadını təpikləyən bir polis polkovniki aydın görünür. Sizcə ona bu səbəbdən nəsə narahatlıq yaşadan oldumu? Bəlkə yerli “zəncilərimiz” hələ də kirimirlər? Əksinə. Adamın rütbəsi, vəzifəsi artırıldı, indi başqa bir mühafizə orqanında generaldır, hətta nazir müavinidir!

Yüz iynə boyu burdadır misalındakı kimi, Amerikanın dərdini çəkməyin. Orda elə dövlətçilik sistemi qurulub ki, cızığından çıxanı vəzifəsindən asılı olmayaraq cəzalandıra da bilirlər. Həm rəsmi, həm qeyri-rəsmi. İkincisi onu nəzərdə tutur ki, amerikalılar xoşlamadıqları prezidentləri hərdən təpəsindən vurub öldürürlər.
Əmircana bələdiyyə seçə bilmirik, Amerikanın dərdini çəkirik.

Zamin Hacı/musavat
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP