Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

“Biz əfv istəməmişik, biz tələb etmişik” - AİP rəsmisi

“AİP modern.az saytının “İslam Partiyası Prezident İlham Əliyevdən həbsdəki dindarlara əfv istədi” başlığını qətiyyətlə rədd edir və saytın bu münasibətini, təbii ki, ölkədə bir sıra neqativ meyilli düşüncələrin yaradılması üçün bilərəkdən yazılması kimi qiymətləndirir. Bu münasibəti Azərbaycan İslam Partiyası (AİP) öz əqidəsinə sıxışdıra bilmir, nəinki ölkə başçısından xahiş və yaxud minnətlə, əfv istəməsini. Əfv istəmək olar, amma o adamlar üçün ki, onlar günahkardırlar, qanunsuzluq ediblər, cinayətkardırlar. Biz tam əminliklə deyə bilərik ki, başda AİP sədir Hacı Mövsüm Səmədov olmaqla digər islamçı məhbuslar günahsız yerə həbs olunublar. Onlar heç bir zaman cinayət xarakterli bir əməl törətməyiblər. Onların azadlığa buraxılması, cəmiyyətdə fəaliyyət göstərmələri, ailələrinə qovuşmaları nəinki lazımlıdır, həm də zəruridir. Onların həbsdə saxlanılması isə cəmiyyətə qarşı xəyanət hesab olunur”

Bu fikirləri islamazeri.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) siyasi şöbəsinin rəhbəri Akif Heydərli partiyanın məktubunun modern.az saytında qərəzli başlıqla dərc edilməsinə münasibət bildirərkən deyib.

AİP rəsmisi bildirib ki, Hacı Mövsüm Səmədovun və digər islamçı məhbusların günahsız olduğunu, onların həbsinin qərəzli olduğunu, onlara həbsxanada işgəncələr verilməsini ölkə başçısının nəzərinə çatdırıblar: “Hər hansı bir mətbuatın AİP-in müraciətini istədiyi kimi yazması, xahiş və ya əfv kimi qiymətləndirməsi o mətbuatın mövqeyini göstərir. Bizə aidiyyəti olmayan bir başlıqla müraciətmizi dərc edən modern.az internet qəzeti də öz mövqeyini bir daha ortalığa qoyub. AİP-in mövqeyi, çox açıq və şəffafdır. Biz AİP-in sədri Hacı Mövsüm Səmədovun və digər islamçı məhbusların günahsız olduğunu, onların həbsinin qərəzli olduğunu, onlara həbsxanada işgəncələr verilməsini ölkə başçısının nəzərinə çatdırmışıq. Çünki, əlbəttə, ölkə başçısı bundan xəbərdar olmalıdır. Bütün ictimaiyyət islamçı məhbuslara verilən işgəncələrdən agah olmalıdır. Biz də AİP olaraq, ölkə başçısına bu reallıqları göstərmək üçün müraciət etməyi özümüzə borc bilmişik. Reallıqlar da onların qərəzli, qanunsuz həbsləri, cəzalarının qeyri-adekvat olması kimi hallardır. Biz əfv istəməmişik, biz tələb etmişik. İstəyimizi bildirmişik. AİP bu problemləri gedib xarici səlahiyyətli təşkilatlara müraciət edib bildirməməlidir ki. Ölkəmiz müstəqildirsə, başçısı varsa, ona bu məsələləri bildirməliyik. Gedib kimə deyək, problemlərimizi. Biz sadəcə mövcud reallıqları əks etdirən müraciətimizi ölkə başçısına bildirmişik ki, xəbəri olsun"

Xatırladaq ki, 20 dekabr tarixində AİP prezident İlham Əliyevə islamçı məhbuslarla bağlı müraciət edib. Müraciətdə islamçı məhbusların günahsız yerə həbs olunmaları, onların həbsxanalarda işgəncələrə məruz qalması, bu problemlərin aradan qaldırılması və s məsələlər qeyd olunub./slaminsesi/
1025 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat