Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

İŞİD-lə sionist rejim birləşdi

Nur-az.com-un Farsnews-a istinadla verdiyi məlumata görə, Hizbullahın İcra Şurasının vitse-prezidenti Şeyx Nəbil Qavuq İslam Müqaviməti şəhidlərindən birinin yas mərasimdə çıxış edərək, bildirib ki, İŞİD terrorçuları onlarla beyət etməyən hər kəsi kafir hesab edirlər və bomba yüklü maşınları bazarlara tərəf yönəldərək, ərəb, kürd, şiə, sünni və xristianları qətlə yetirirlər. Onlar yalnız İsrailin mənfəəti üçün addım atırlar. Sionist rejimi deyir ki, İŞİD və Al-Nusra Cəbhəsinin onlar üçün heç bir təhlükəsi yoxdur. “Əl-Mənar” televiziya xəbər saytının verdiyi məlumata görə, Şeyx Qavuq İŞİD-lə sionist düşməni arasında olan ittifaqdan danışaraq, bəyan etdi ki, Suriyanın “Əl-Qənitərə” məntəqəsində silhalı şəxslər İsrail tərəfindən idarə olunurlar. Terrorçular Colan yüksəkliklərində olan zaman arxalarını İsrailə tərəf tutub, silahlarını da Suriya ordusunu nişan alırdılar. Bu vəziyyət Misirin Sina səhrasında da təkrar oldu. Şeyx Qavuq sionistlərin İŞİD terrorçuları ilə birləşməsi təhlükəsi ilə qarşılaşmaq üçün hazırlığı da vurğuladı. Onun sözlərinə görə, düşmənin hədəfi müqaviməti zəiflətməkdir, ona görə biz düşməndən qorxmasaq da, amma təhlükəsini ciddi tutmalıyıq. O, hərbçləri və İrsalda qaçırılmış təhlükəsizlik qüvvələrinin azad edilməsi üçün Livan hökumət təşkilatlarının böyük rolunu da vurğuladı. Şeyx Qavuq qeyd etdi ki, milli prioritet vətəni qorumağın və ölkənin peyvəndinin zəruriliyini qaçılmaz edir. Buna görə, Hizbullah Cərəyan-Əl-Mustaqbal ilə danışıqlar aparmaq üçün qərar verdi.
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...