Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

23 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 23-də hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP