Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

İŞİD-in İraqla Suriya arasındakı logistik xətləri kəsildi

İraqın millət vəkillərindən biri Mosul şəhərinin yenidən geri qaytarılması üçün Peşmərgə güvvələrinin və İraq ordusunun bu şəhərə yaxınlaşmasına toxunaraq İŞİD-in Suriya ilə İraq sərhədindəki logistik yolunun kəsilməsini vurğuladı.
Nur-az.com-un Farsnews-a istinadla verdiyi məlumata görə, İraq parlamentinin deputatı Yaqub Kurkis Yaqu Əl-Məyadin televiziyasına verdiyi müsahibəsində İraq ordusunun Tiqrit və Bici şəhərlərindəki qüvvələrinə qarşı irəlləməsini vurğuladı.
Yaqu, Səncar və Tələfər məntəqlərində İraq ordusu ilə İŞİD arasında gedən döyüşlərin yaxın günlərində “Səhle Neynəva” məntəqəsində gedəcəyinə toxundu. Bu döyüşlər Mosul şəhərinin azad edilməsi uğrunda olacaq.
O, həmçinin İŞİD qüvvəlləri ilə Mosul və Riqqə şəhərlərini bağlayan yolun kəsilməsi məsələsinə toxunaraq halhazırda Mosul şəhərində gedən qarşıdurmaları da bəyan etdi.
İraq ordusu iki həftə əvvəl Peşmərgə qüvvələri ilə birgə Mosul şəhərinin azad edilməsi uğrunda əməliyyatlara başlayıblar.
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13<