Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

Baş nazirin üstünə kartof və mayonez tökdülər

Belçikanın baş naziri Çarlz Mişel bir qrup etirzaçının hücumuna məruz qalıb. Hadisə Valon bölgəsinin paytaxtı Namurda baş verib. “Feminist İnqlabçı Fəallar Qrupu”nun bir qrup üzvü baş nazirin iqtisadi islahatlarla bağlı siyasətinə etiraz edib.

Çarlz Mişel “Məsuliyyət qəbul etmək” adlı konfransda çıxış edərkən qrup üzvləri şüarlar səsləndirərək baş nazirə öz etirazlarını bildiriblər.

“Mişel rədd ol!”, “Kəmər sıxmağa son” və s. bu kimi şüarlar səsləndirən üz bağlı fəallar daha sonra baş nazirin üstünə qızarmış kartof və mayonez atıblar.

Aksiyaçılar mühafizəçilər tərəfindən saxlanılıb, baş nazir isə geyimini dəyişdirmək üçün zalı tərk edib. Daha sonra pancəksiz qayıdan baş nazir çıxışına davam edib və aksiyaçılardan şikayətçi olmayacağını bildirib.

Konfransa tələbə olduqlarını bildirərək daxil olan aksiyaçılar isə polis tərəfindən saxlanılıb.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP