Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

Putin Avropanı işğal edəcək

2015-ci ildə Ukrayna dünya xəritəsində potensial müharibə bölgəsi olacaq.

Bu barədə Bloomberg agentliyinin hərbi proqnozunda deyilir.

Proqnozda bölgədə olan 15 münaqişə zonası qeyd edilib.

“Putinin dəstəyi ilə separatçılar ölkənin daha dərinliyinə, qərbə doğru irəliləməyə başlayır. Bu, Krıma quru yolu açmaq üçün ediləcək. Bu zaman ABŞ və Avropa Birliyi Rusiyaya iqtisadi sanksiya və Ukraynaya hərbi dəstəyi gücləndirməyə məcbur olacaq” - deyə agentliyin məlumatında bildirilir.

Məlumatda o da qeyd olunur ki, gələn ildə Baltikyani ölkələr və Kalininqrad da qərblə toqquşma obyekti kimi istifadə ediləcək:

“Vladimir Putin NATO-ya neqativ təsiri gücləndirmək üçün Estoniya və Latviyada rusiyalı azlıqlara problemlər yaradacaq. Bu növ təxribat Polşa və Litvanın arasında olan Kalininqradda da dəstəklənəcək”.

Qeyd edək ki, Bloomberg toqquşmaların xəritələrini də təqdim edərək Suriya, İsrail, İordan çayının qərb sahili, Səudiyyə Ərəbistanı, Şərqi-Çin və Qərbi-Çin dənizi, Nigeriya, Əfqanıstan, Pakistan-Hindistan, Şimali Koreya, Arktika, Yunanıstan və digər dünya bölgələrini xüsusi risk zonası kimi göstərib.
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03