Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Ziya Məmmədovun işçilərindən daha bir vəhşilik

“Özümü həmin vaxt bir anlıq Moskvada, özü də skinxedlərin əhatəsində hiss etdim.”

Qohumlarını qarşılamaq üçün dəmiryolu vağzalına gəlmiş Cəlilabad sakininin qolunu buraraq, sənədlərini götürüblər
Son dönəmlər Nəqliyyat Nazirliyinin müfəttişlərinin etdiyi əməllər və törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Davamlı olaraq mətbuatın gündəmində olan bu məsələ ilə bağlı tədbir görülməməsi isə heyrətedicidir. Sanki nəqliyyat naziri Ziya Məmmədov işçilərinin vətəndaşları yeri gəldi, gəlmədi incitməsindən, işgəncə verməsindən həzz alır.
Jam.az-a bununla bağlı daxil olan daha bir şikayət məktubu var. Şikayətçi isə Cəlilabad rayon, Göytəpə qəsəbəsi Babək küçəsi, ev 2-də yaşayan Elçin Adil oğlu Cavadovdur. Elçin Cavadov yazır ki, rayonda kiçik sahibkarlıqla məşğul olur. Amma başına gəlmiş vaqeə Bakıda cərəyan edib.
Şikayətçi bildirir ki, noyabrın 12-də Ukraynanın Xarkov şəhərindən gələn dayısı və ailəsini qarşılamaq üçün Dəmiyr Yolu Vağzalına gəlib. «Qatarın gəlişinə az qalmış Nəqliyyat Nazirliyinin işçiləri kimi özlərini təqdtim edən şəxs mənə yaxınlaşıb, sənədlərimi tələb etdilər. Taksi sürücüsü olmadığımı və buraya gəliş məqsədimi deyib, sənədləri nə üçün istədiklərini soruşdum. Heç nə deməyib, qolumu buraraq, maşından sürücülük vəsiqəmi və sənədlərimi götürdülər. Sonra da bildiriş verib, bildirdilər ki, Nəqliyyat Nazirliyinə gəlim. Bildirişin nömrəsi isə 223636-dır».
Elçin Cavadov qeyd edir ki, üzləşdiyi məsələnin mahiyyətini hələ də anlaya bilmir. Üstəlik, ona qarşı vəhşiliyin edilməsinin də əsaslandırılmasını istəyir. «Özümü həmin vaxt bir anlıq Moskvada, özü də skinxedlərin əhatəsində hiss etdim. Öz ölkəmdə, heç bir günahım olmadan qolumun burularaq, işgəncələrə məruz qalmasına heyrət edirəm. Nəqliyyat Nazirliyinin əməkdaşlarının bu özbaşınalığının cəzasız qalmamasını istəyirəm. Və tələb edirəm ki, bu məsələ araşdırılsın və vəhşilik törətmiş işçilər cəzalarını alsınlar».
1981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...