Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

Azərbaycanda dəhşətli qəza: ölənlər var

Salyan rayonunda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Tayota-Prado” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106”-da olan sərnişinlər - Salyan rayonu Xalac kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb.

“VAZ 2106”-nın sürücüsü ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib./apa/
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10