Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

Suriya ordusu terrorçulara məxsus daha bir tuneli aşkara çıxarıb

Suriya ordusu Dəməşqin Hərəsta rayonu ərazisindən paytaxt istiqamətində qazılan böyük bir tuneli aşkarlayıb.

İnterAz-ın "SANA" agentliyinə istinadla vediyi xəbərə görə, tunelin uzunluğu 160 metr olub və yerin 7 metr dərinliyində qazılıb.

Mənbə digər əyalətlərdə də hərbi əməliyyatların aparıldığını yazıb. Məlumata əsasən, ordu qüvvələri Dirazzurda hava limanına hücum edən "İŞİD" silahlılarının 11 texnikasını sıradan çıxarıb və burada terrorçuların onlarla üzvü ölüb və yaralanıb.

Dəməşqətrafı əyalətin əl-Qəlamun yüksəkliklərində də, "İŞİD" silahlılarının mövqelərinə aviazərbələr endirilib. Burada, 12 terrorçunun öldürüldüyü qeyd edilir.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu bildirib ki, "İŞİD" Suriya-İraq sərhəddində Bu-Kəmal rayonu ərazisində 6 nəfəri dar ağacından asıb və güllələyib.
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber