Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2014

"Hizbullah" və HƏMAS bəzi dövlətlərdən daha fəal və aktivdir

“Regionda bəzi hərəkatlar var ki, onlar bəzi dövlətlərdən daha fəal və aktivdir, HƏMAS və "Hizbullah” bu kimi hərəkatların bariz nümunəsidir.”

İnterAz-ın "əl-Mənar" telekanalına istinadla verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani Livana səfəri çərçivəsində deyib.

O, ötən gün Livan paytaxtı Beyrutda Hüquq universitetində çıxışı zamanı Livan hökumətini, "Hizbullah" və habelə HƏMAS-ı İsrailin təcavüzləri qarşısında müqavimət göstərdiyinə görə alqışlayıb. İran parlamentinin sədri HƏMAS və “Hizbullah”ın bu məsələdə bölgədəki bəzi dövlətlərdən daha fəal və təsirli olduğunu vurğulayıb.

Qeyd edək ki, İran parlamentinin sədri Livan səfərindən sonra İraqın Nəcəf-Əşrəf şəhərinə yollanıb.
935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38